Azərbaycanda transfer pəncərələrinin vaxtı müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

2024/2025-ci illər mövsümü üçün transfer dövrlərinin vaxtı dəqiqləşib. Yay transfer pəncərəsi iyunun 25-dən sentyabrın 16-dək davam edəcək.

Qış transfer pəncərəsi isə 2025-ci ildə açılacaq. Klublar yeni futbolçularını yanvarın 14-dən fevralın 10-dək qeydiyyatdan keçirə biləcək.