Azərbaycan çempionatının gümüş mükafatçısı “Zirə” İlkin Muradov və Sezar Meza Kolli ilə bağlı yekun qərar verib.

Offsideplus.az xəbər verir ki, paytaxt klubu hər ki futbolçu ilə yollarını ayırıb.

Bu oyunçularla başa çatan müqavilənin müddəti uzadılmayıb.

Qeyd edək ki, “Zirə” Qismət Alıyev, Anar Nəzirov və Fuad Bayramovla yeni razılaşma əldə edib.