Dünyanın futbol üzrə ən gənc baş məşqçilərinə sahib ölkələri bəlli olub.
Offsideplus.az xəbər verir ki, Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) 79 ölkənin 110 liqası üzrə araşdırma aparıb. Azərbaycan Premyer Liqasındakı mütəxəssislərin orta yaş həddi 42.20-dir. Premyer Liqa bu göstəriciyə görə ikinci sırada qərarlaşıb.
Ən gənc baş məşqçilər isə Estoniyadadır - 40.97. Üçüncü yerdə 42,33 yaşla Farer adaları qərarlaşıb.