Futbol üzrə Fransa çempionatını yayımlayan "Canal+" telekanalı Liqa 1-lə müqaviləyə xitam verib.
Offsideplus.az "L Equipe" nəşrinə istinadən xəbər verir ki, telekanal Liqa-1-ə 243 milyon avroluq ödəməni etməyəcək.
Qeyd edək ki, Fransa çempionatı aprelin 30-da vaxtından əvvəl yekunlaşıb. Siyahı olduğu kimi saxlanılıb və PSJ 2019/2020 mövsümünün qalibi elan olunub.