Kosovo millisi UEFA Millətlər Liqasının D Liqasının 3-cü qrupunda Azərbaycanı 4:0 hesabıyla məğlub edərək, növbəti mərhələyə yüksəlib.

Offsideplus.az Kosovo mətbuatına istinadən xəbər verir ki, ölkə rəhbərliyi qrupu lider tamamladıqları üçün milli komandanı mükafatlandırıb. Kosovo hökuməti uğurlu nəticəyə görə yığmaya 500 min avro mükafat təqdim edib. 

Azərbaycan millisi 3-cü qrupda Kosovoyla yanaşı, Malta və Farer adaları yığmalarıyla mübarizə aparırdı. Yığma 6 oyundan sonra 9 xalla qrupu 2-ci yerdə bitirərək, turnirlə vidalaşıb.