Azərbaycan milli komandasının üzvü Anton Krivotsyuk İslandiyaya qarşı oyundan öncə mətbuat konfransında iştirak edib.
Offsideplus.az xəbər verir ki, müdafiəçi bu fikirləri səsləndirib:
"Əslində yığmamızda çox şey dəyişməyib, Ayxan Abbasovun gəlişindən sonra milli ruhumuzun olduğunu hamı görür. Çalışırıq ki, nəticə də gətirək. Bunu bilirik. Sabah bunu göstərə biləcəyimizi düşünürəm".
Qeyd edək ki, Azərbaycan - İslandiya matçı 12 noyabr saat 21:00-da başlayacaq.



