Azərbaycanın U-17 yığması bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxacaq.
Offsideplus.az xəbər verir ki, rəqib isə Fransa milli komandasıdır.
Aqil Nəbiyevin yetirmələri 9-cu qrupda mübarizə aparır. Qrupda bu iki komandadan başqa İsrail və Rumıniya da yer alır.
İlk iki yeri tutan komanda növbəti mərhələyə vəsiqə qazanacaq.
8 oktyabr
17:00. Fransa (U-17) - Azərbaycan (U-17)
Baş hakim: Marius Hansen Qrotta (Norveç)
“Bourret” stadionu, Kapbreton



