Futbol üzrə Azərbaycan milli komandası FIFA-nın yeni reytinq cədvəlində geriləyib.
Offsideplus.az xəbər verir ki, yığmamız 119-cu pillədən 122-ci sıraya düşüb.
Buna səbəb Fernandu Santuşun rəhbərlik etdiyi kollektivin iyunda keçirdiyi beynəlxalq yoldaşlıq görüşlərində zəif təsir bağışlamasıdır.
Milli komandamız ötən ay səfərdə Latviya ilə heç-heçə (0:0) oynayıb, Bakıda isə Macarıstana məğlub olub (1:2).
FIFA-nın reytinq cədvəlinin ilk "onluğ"unda bu kollektivlər qərarlaşıb:
1. Argentina
2. İspaniya
3. Fransa
4. İngiltərə
5. Braziliya
6. Portuqaliya
7. Niderland
8. Belçika
9. Almaniya
10. Xorvatiya



