Azərbaycan yığması sabah keçiriləcək Macarıstan milli komandası ilə yoldaşlıq matçı öncəsi son məşqini edib.
Offsideplus.az xəbər verir ki, məşqin ilk 15 dəqiqəsi mətbuata açıq olub.
İki gün öncə Latviya ilə görüşdə zədələnən Elvin Bədəlovdan başqa bütün futbolçular məşqdə iştirak ediblər.
Onu da əlavə edək ki, Azərbaycan - Macarıstan oyunu sabah Bakı vaxtı ilə 20:00-da start götürəcək.
Qarşılaşma Mərdəkanda yerləşən "Liv Bona Dea Arena"da baş tutacaq.