İyunun 10-da Azərbaycan və Macarıstanın futbol üzrə milli komandaları arasında Bakıda beynəlxalq yoldaşlıq görüşü keçiriləcək.
Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yoxlama matçından bir gün öncə hər iki yığmanın baş məşqçiləri jurnalisttlərin siallarını cavablandıracaq.
Eyni zamanda açıq məşq təşkil olunacaq.
Bütün tədbirlər oyunun da keçiriləcəyi “Liv Bona Dea Arena”da baş tutacaq.
9 iyun
Azərbaycan milli komandası
16:15 Mətbuat konfransı
17:00 İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Macarıstan milli komandası
18:30 İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
19:45 Mətbuat konfransı
Qeyd: Bütün tədbirlər oyunun keçiriləcəyi stadionda baş tutacaq.