Futbol üzrə Azərbaycan milli komandası bu gün Latviyanın paytaxtı Riqaya uçub.

Offsideplus.az xəbər verir ki, yığmamız günorta saatlarında Bakı-Riqa çarter reysi ilə səfərə yollanıb.

Səfərdə məqsəd iyunun 7-də Latviya yığması ilə yoldaşlıq görüşü keçirməkdir.

Bu, Azərbaycan milli komandasının 2025-ci ildə ilk beynəlxalq səfəridir.