"Doğma divarlar arasında oynamaq bilirsiniz ki, daha məsuliyyətlidir".

Offsideplus.az xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında minifutbol üzrə Azərbaycan milli komandasının qapıçısı Vəli Qafarov söyləyib. Qolkiper dünya çempionluğunu belə şərh edib:

"Özüm də birinci müsahibədə sizə demişdim, biz asta-asta özümüzə gələcəyik. Hər şeyimizi göstərə bilmərik. Çox sağ olun ki, bizə inandınız. Arenanı doldurduğunuz üçün təşəkkür edirəm. Siz, azarkeşlər yanımızda olmasa da, arxamızda səsinizi, dualarınızı eşitdik. Minnətdarıq. Atmosfer bir sözlə möhtəşəm idi".

Qeyd edək ki, Bakıda keçirilən 5-ci dünya çempionatının finalında Macarıstan yığmasını məğlub edən Azərbaycan milli komandası tarixində ilk dəfə bu titula yiyələnib.