Dünya karatesinin canlı əfsanəsi, 6 qat dünya, 11 qat Avropa çempionu, Tokio Olimpiadasının gümüş medalçısı Rafael Ağayev qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının məşqini izləyib.
Offsideplus.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, "Qara brilyant" ləqəbli idmançı məşqdən sonra yığmanın üzvləri ilə görüşüb, onlara UEFA Millətlər Liqasında Litva ilə görüşdə uğurlar arzulayıb.
R.Ağayev azarkeşlərə çağırış edərək onları stadiona gəlib xanım futbolçularımızı dəstəkləməyə dəvət edib.
Qeyd edək ki, Azərbaycan - Litva matçı mayın 30-da Bayıl stadionunda gerçəkləşəcək.



