Azərbaycan milli komandasının sabah Haitiyə qarşı yoldaşlıq oyununa bilet satışının zəif olması diqqət çəkir.
Offsideplus.az xəbər verir ki, yığmamızın baş məşqçisi Fernandu Santuş azərbaycanlı azarkeşləri milliyə dəstək olmağa dəvət edib.
"Əlbəttə, azarkeşlərin milliyə yaxın olması vacibdir. Bir müddətdir ki, Azərbaycandayam. Fikir vermişəm ki, çempionat oyunlarına gələnlər azdır. Avrokuboklarda çıxış edən komandaların oyununa dəstək böyükdür. Son olaraq "Neftçi" - "Qarabağ" oyununa 9 minə yaxın azarkeş gəlmişdi. Çox mükəmməl atmosfer var idıi. Oyunun ritmi də yüksək idi. Ümid edirəm ki, Azərbaycan millisinin oyunlarına da bu qədər azarkeş gəlib, dəstəkləyər. Azarkeşləri başa düşürəm, onlar da qələbələr görmək istəyirlər".
Qeyd edək ki, Azərbaycan - Haiti görüşü martın 22-də Bakı vaxtı ilə saat 21:45-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.
Onu da əlavə edək ki, bu gün səhərə olan məlumata görə, qarşılaşmaya cəmi 1300 bilet satılıb.