AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında aşağı yaş qruplarından ibarət yığmalarımızla bağlı mühüm qərarlar verilib.

Offsideplus.az xəbər verir ki, 4 yaş qrupu - U-21, U-19, U-18 və U-17-də təyinatlar gerçəkləşib.

Əslində, bu kollektivlərn bəzilərində yeni-köhnə məşqçilərin çalışacağını söyləmək mümkündür.

Məsələn, U-19-un baş məşqçisi dəyişməyib. Çox güman ki, Elxan Abdullayev köməkçilərini də dəyişməyə lüzum görməyəcək.

Bundan öncə U-17-ni çalışdıran İlham Yədullayev elə həmin futbolçularla yeni yaş qrupuna keçib. Çünki İ.Yədullayevin sərəncamında olan 2008-ci il təvəllüdlü oyunçular yeni mövsümdə U-18-in yarışlarına qatılmalıdırlar. İ.Yədullayevə qədər U-18 yığmamızı Fizuli Məmmədov çalışdırırdı. O, köməkçilərindən biri Rafael Əmirbəyovla birgə bu ilin yanvarından "Mingəçeviir" klubunda fəaliyyət göstərir.

Həmçinin, U-17-nin tapşırıldığı Aqil Nəbiyev də bizə tanış simadır. Milli komandamızın sabiq futbolçusu indiyədək U-16-ya rəhbərlik edirdi. İlham Yədullayev U-17-dən U-18-ə, Aqil Nəbiyev isə eyni qayda ilə U-16-dan U-17-yə keçib. A.Nəbiyevin boşaltdığı U-16-nın baş məşqçi postuna hələlik təyinat olmayıb.

Ən əsas dəyişiklik isə təbii ki, U-21-lə bağlıdır. Hazırda "Şamaxı"nı çalışdıran Ayxan Abbasov məşqçilik karyerasında ilk dəfə yığmada işləyəcək. O, yeni vəzifədə Samir Əliyevi əvəzləyib. "Neftçi"nin və milli komandamızın keçmiş hücumçusu olmuş S.Əliyev 2019-2022-ci iilərdə U-19-a cavabdehlik daşıyıb. Üç il əvvəl U-21-ə təyinat alan gənc məşqçi ilə ötən ilin dekabrınadək olan müqavilənin müddəti uzadılmayıb.    

Yığmaların sabiq məşqçiləri

U-21: Samir Əliyev - baş məşqçi

Köməkçilər: Emin İmaməliyev, Araz Qulamov

U-19: Elxan Abduayev - baş məşqçi

Köməkçilər: Hüseynqulu Quliyev, Hüseyn Məhhəmmədov

U-18: Füzuli Məmmədov - baş məşqçi

Köməkçilər: Rafael Əmirbəyov, İlkin Hüseynov

U-17: İlham Yədullayev - baş məşqçi

Köməkçilər: Aleksandr Qross, Namiq Adilov

U-16: Aqil Nəbiyev - baş məşqçi

Köməkçi: Elgiz Kərəmli

Yığmaların yeni baş məşqçiləri:

U-21: Ayxan Abbasov - baş məşqçi

U-19: Elxan Abdullayev - baş məşqçi

U-18: İlham Yədullayev - baş məşqçi

U-17: Aqil Nəbiyev - baş məşqçi