Bu gün Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun İsveçlə Millətlər Liqasının son qrup matçından əvvəl mətbuat konfransı baş tutub. 

Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis fikirlərini bölüşüb:

"Hər oyunda güclü heyət qurub, qələbə qazanmaq istəyirik. Son 3 oyuna nəzər salsanız, oyunumuzda inkişaf var. Əlbəttə ki, bunlar doğru yolda olduğumuzu göstərir, bu yolla davam etməliyik. Mübarizə aparmalıyıq. Əlbəttə ki, heç kim oyundan əvvəl qalib və məğlub olmur. Mübarizə aparacağıq, çalışacağıq ki, qələbə qazanaq. Bunu son oyunda da göstərdik. Öz oyunumuzu oynayıb, qələbə qazanmağa çalışacağıq. Keyfiyyətli oyunçulardan toparlanmış güclü bir milli komanda rəqib olaraq bizi gözləyir. Heç kəs oyundan öncə qalib və məğlub deyil. Bu haqda düşünməməliyik. Özümüzə inanmalıyıq, fəlsəfəmizə inanmalıyıq. Çalışmalıyıq ki, bundan əvvəlki oyunlarda olduğu kimi, bunu meydançada göstərək. Düzdür, qələbə qazanmasaq da, bunları meydanda göstərməyə çalışmışıq".

Qeyd edək ki, İsveç - Azərbaycan qarşılaşması 19 noyabr Bakı vaxtı ilə saat 23:45-də baş tutacaq.

Günay Xəlil / Stokholm