Azərbaycan yığma komandası Estoniya millisinə qarşı UEFA Millətlər Liqası matçında 0:0 hesablı heç-heçə edib.
Offsideplus.az xəbər verir ki, rəqib komandanın çalışdırıcısı Yürqen Henn oyundan sonra baş tutan mətbuat konfransında fikirlərini bölüşüb:
"Oyundakı üstünlüyümüz hansı bucaqdan baxmağınıza görə dəyişir. Nəticəyə görə biz üstün idik. Oyunlara və epizodlara baxsaq, bizim üçün asan olmadı. Bu gün ikinci hissə bizim üçün çox çətin idi. Turnir cədvəlinə baxsaq, qazandığımız 1 xal 3 xala bərabər idi. Futbolda önəmli olan nəticədir".