FİFA milli komandaların yeni reytinqini təqdim edib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan milli komandası ötən ayla müqayisədə sıralamada beş pillə aşağı düşüb.

Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv hazırda 1161.8 xalla 118-ci yerdədir. Komandamızın geriləməsi, Millətlər Liqasındakı məğlubiyyətlərlə bağlıdır. Estoniyaya səfərdə və Slovakiyaya evdə 1:3 hesabı ilə uduzmuşuq. Bu, əvvəlki siyahıda 1173.15 xalla 113-cü olan millimizin geriləməsi ilə nəticələnib.

Xatırladaq ki, siyahıya dünya çempionu Argentina (1883,5) liderlik edir. İkinci yerdə Fransa (1859,85), üçüncü yerdə isə İspaniya (1844,33) yerləşir.