Meyson Qrinvud İngiltərə və ya Yamayka millisində oynamağa qərar verməzdən əvvəl Tomas Tuxel ilə danışıqlar aparmaq istəyir.

Offsideplus.az "The Sun"a istinadən xəbər verir ki, Meyson İngiltərədə yenidən oynamaq şansının çox zəif olduğunu bilir. O, ilk dəfə 2020-ci ildə "Üç şir"də debüt edib. Tomas Tuxellə danışıqlar nəticə verməzsə, o, Yamayka millisi ilə dünya çempionatına yollanmağı düşünür.