Finlandiya millisinin futbolçusu Topi Keskinen balıq tutduğunu göstərən qəribə Ueyn Runi döyməsinin səbəbini izah edib.
Offsideplus.az "Goal"a istinadən xəbər verir ki, forvard bunları söyləyib:
"Anam "Everton" azarkeşidir. Runini hələ orada çıxış edərkən izləyirdim. Daha sonra o, "Mançester Yunayted"ə keçəndə artıq onu yeni forması ilə izləməyi davam etdim. Meydanda mənim üçün kumir kimi idi".
Qeyd edək ki, Runinin "Mançester Yunayted" forması ilə "Old Trafford"da son çıxışı Premyer Liqanın 2016/17 mövsümünün son günündə "Kristal Pelas"la (2:0) görüş olub.