21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Offsideplus.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
“Qarabağ”ın hücumçusu Musa Qurbanlı U-21-in heyətinə cəlb olunub. Millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də Şimali İrlandiya, oktyabrın 15-də isə İngiltərə yığması ilə səfərdə qarşılaşacaq.