Mahir Emreli "Nürnberq"də məşqlərdə iştirak etməyə başlayıb.

Offsideplus.az xəbər verir ki, millimizin üzvü kollektivlə birgə ikitərəfli görüşdə iştirak edib. 

Komandanın baş məşqçisi Miroslav Kloze 27 yaşlı hücumçu haqda klubun rəsmi saytına açıqlama verib. Almaniyalı mütəxəssis bunları söyləyib:

"Mahir komandaya qoşuldu. Buna sevindim. Hələ ki, matçlara çıxa bilməyəcək. Bu haqda danışmaq hələ tezdir".