Almaniyada təşkil olunan Avropa Çempionatı başa çatıb.

Offsideplus.az xəbər verir ki, İspaniyanın futbolçusu Lamin Yamal turnirin ən yaxşı gənc oyunçusu seçilib.

17 yaşlı futbolçu 7 matçda meydana çıxıb, 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, həlledici oyunda İspaniya İngiltərəni 2:1 hesabı ilə məğlub edib.