Fransanın futbolçusu Kilian Mbappe AÇ-2024-ün yarımfinal oyununda İspaniyaya (1:2) məğlub olduqları matçı şərh edib.
Offsideplus.az xəbər verir ki, hücumçu məqsədinə çata bilmədiyi üçün məyus olduğunu deyib:
"Bizim Avropa çempionu olmaq məqsədimiz var idi. Lakin nə mən, nə də komandam istəyinə çatdı. Demək ki, turnirdə uğursuz çıxış etdik. Futboldur, hər şey ola bilər. Önümüzə baxmalıyıq. Uzun mövsüm keçirdik. Dincəlməliyəm. İnanıram ki, bu mənə yaxşı təsir edəcək".
Qitə turnirinin ikinci finalçısının adına bu gün aydınlıq gələcək. 23:00-da start fiti səslənəcək matçda İngiltərə Niderlandı məğlub etməyə çalışacaq.