Frankfurt polisi Avro-2024-ün qrup mərhələsinin 2-ci turunun Danimarka ilə oyunu öncəsi üç ingilis azarkeşi həbs edib.

Offsideplus.az xəbər verir ki, bir nəfər şüşə atdığına görə, ikinci şəxs polis əməkdaşını təhqir etdiyinə görə, üçüncü şəxs isə hüquq-mühafizə orqanlarının əməkdaşlarına od vurduğuna və narkotik maddə saxladığına görə saxlanılıb.

Qeyd olunur ki, ingilis azarkeşlərin böyük əksəriyyəti özlərini çox gözəl aparır.