Minifutbol üzrə Azərbaycan milli komandası Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan Avropa çempionatında növbəti matçına çıxıb.
Offsideplus.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv İtaliya ilə üz-üzə gəlib.
Çətin keçən görüşdə millimiz 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, yığmamız dünən qrupdakı ilk görüşündə Belçikanı 3:0 hesabı ilə məğlub edib.
Qrupun digər görüşündə isə İtaliya Fransaya 1:3 uduzub.
İtaliya - Azərbaycan 1:2
Qollar: Vasçelo 18 - Rəvan Kərimov 19, Mirmehdi Rzayev 45