Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti 2026 Dünya Çempionatı ilə bağlı diqqətçəkən açıqlama verib.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis bildirib ki, hazırda milli komandada 11 futbolçunun turnirdə iştirakı faktiki olaraq təmin olunub.

Ançelottinin sözlərinə görə, aşağıdakı oyunçular milli komandadakı yerlərini artıq garantiləyiblər:

  • Alisson
  • Markinyos
  • Qabriel Maqalyans
  • Kazemiro
  • Bruno Gimaraeş
  • Vinisius Junior
  • Estevao
  • Rafinya
  • Rodriqo
  • Mateus Kunya
  • Martinelli