Millətlər Liqasının son turunda Azərbaycan yığmasının qonaq edəcək Lüksemburq ylğması itkilərlə üzləşib.
Offsideplus.az xəbər verir ki, rəqibin iki futbolçusu noyabrın 17-dəki qarşılaşmada iştirak etməyəcək.
Buna səbəb oyunçuların cəzalı duruma düşməsidir. Noyabrın 14-də Kiprlə səfərdə keçirilən matçda qırmızı vərəqə alan Vahid Selimoviç növbəti oyunu buraxacaq. Dirk Karlson isə turnirdə ikinci dəfə xəbərdarlıq aldığı üçün turnrii vaxtındn əvvəl başa vurub.
Qeyd edək ki, Lüksemburq Kiprlə səfər matçında 1:2 hesabı ilə uduzub.



