Millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sabah Xorvatiyanın Zapreşiç şəhərindəki “İvan Lalyak-İliç” stadionunda keçiriləcək  Monteneqro ilə oyunu öncəsi açıqlama verib.

Offsideplus.az  AFFA-ya istinadən xəbər verir ki, matçdan əvvəl təşkil olunmuş mətbuat konfransında bunları deyib:

 

“Emil Balayevlə yaxşı həmkar, dost və qardaş münasibətimiz var. Onunla rəqabət aparmaq çətindir. Xalqımızın qələbə qazandığı vacib günlərdə biz də çalışacağıq meydandan qalib kimi ayrılaq”.