"Penaltini kimin yerinə yetirəcəyi oyundan əvvəl baş məşqçi tərəfindən müəyyən edilir. Emini qınamaq olmaz. Çünki, hər ikisi milli komandanın oyunçusudur. Bir-birlərini yəqin ki, başa düşüblər. Belə hal mənim oynadığım dövrdə də baş verib. Amma gərək qayda-qanunlara əmək olunsun"

Bu sözləri Offsideplus.az-a açıqlamasında Zaur Ramazanov Azərbaycan-İsveç oyununu (1:3) dəyərləndirərkən bildirdi.

Mütəxəssis birinci hissəni iki top üstünlüklə bitirə biləcəyimizi qeyd etdi:

"Penaltidən vurulacaq qol bizim üçün çox vacib idi. Daha əvvəl də qaçırılan epizodlar var idi. Onlar dəyərləndirilsəydik, ilk hissəni 2:0 öndə başa vura bilərdik".

Z.Ramazanov İsveçlə qarşılaşmada "Sabah"ın futbolçusu Elvin Camalovun start "11-lik"də oyuna başlamalı olduğunu düşünür:

"Mən milli komandanın oyununu bəyəndim, pis oynamadılar. Amma, fikrimcə Elvin Camalov əsas heyətdə oynamalı idi. Düşünürəm ki, Coşqun Diniyevin yerinə Elvinin meydana çıxması daha effektiv olardı".