2019-cu ildə UEFA Millətlər Liqasının final turnirində vurulmuş ən yaxşı qollar açıqlanıb.
Offsideplus.az xəbər verir ki, qurumun texniki müşahidəçiləri bütün qolları təhlil edib və texniki meyarları nəzərə alaraq ilk 4 qolu müəyyənləşdirib.
Həmin qollardan 3-nü İtaliya "Yuventus"unda çıxış edən Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo vurub. 35 yaşlı hücumçunun yarımfinalda İsveçrəyə vurduğu qollar ən yaxşı seçilib. Komandasının bütün qollarının müəllifi olan Ronaldunun 88-ci dəqiqədə vurduğu top ilk pillədə qərarlaşıb. Onun eyni komandaya 90-cı dəqiqədəki qolu ikinci, 25-ci dəqiqədəki qolu isə üçüncü olub.
4-cü yerə isə Niderland yığmasının yarımmüdafiəçisi Matteys De Liqtin İngiltərəyə vurduğu qol layiq görülüb.
Qeyd edək ki, Portuqaliya finalda Niderlandı 1:0 hesabı ilə üstələyərək Millətlər Liqasının qalibi olub.