Lionel Messi "İnter Mayami"nin tarixinə düşüb.

Offsideplus.az xəbər verir ki, argentinalı Mayami klubunun ən sərrast futbolçusu olub.

MLS-in XXXIV turunda "Nyu-İnqlend Revolyuşin"i 6:2 hesabı ilə məğlub etdikləri matçda het-trik edən Messi komandasının heyətində ümumilikdə 33-cü qola imza atıb.

Messi 31 qolla sahib olan Leonardo Kampananı qabaqlayıb.