"Yuventus"un futbolçusu Pol Poqba dopinq qalmaqalından sonra həyatında baş verən dəyişikliklər haqda maraqlı açıqlama verib.

Offsideplus.az "Daily Mail"ə istinadən xəbər verir ki, fransalı bunları söyləyib:

"İnsanlar dopinq haqqında xəbərlər oxuyanda sizin Hulk olmaq arzunuzun olduğunu düşünürlər. Onlar istədiyi hər sözü sizə ünvanlaya bilərlər. Səhvlərimdən sonra mən çox böyüdüm. Sevdiyin bir şey səndən alınanda onun nə qədər dəyərli olduğunu öyrənirsən"