"Monako"nun sabiq futbolçusu Vissam Ben Yedder cinsi təcavüzə görə Nitsa məhkəməsində mühakimə edilib.

Offsideplus.az "Sport.es"ə istinadən xəbər verir ki, məhkəmədə Ben Yedder spirtli içki asılılığını etiraf edib.

Xəbərə görə, sözügedən oyunçu axşam məclislərinin birində bir xanımla tanış olub və sonra avtomobilində murdar əməli törədib. 

Qeyd edək ki, forvardın təqsirli bilinəcəyi təqdirdə 10 il həbs cəzası ala biləcəyi vurğulanır.