Bir müddət əvvəl Lənkəran şəhər stadionunda genişmiqyaslı təmir işlərinin başlanacağı ilə bağlı xəbərlər geniş şəkildə yayıldı. Xüsusilə, "Xəzər Lənkəran"ın himayədarı olan "Palmali" şirkətlər qrupu bu xəbərləri təsdiqləyərək, stadionun modernləşdirilməsi üçün konkret addımların atılacağını bildirmişdi. Sosial şəbəkələrdə bu mövzuda çoxsaylı paylaşım və müzakirələr başlandı, insanlara stadionun yeni görkəmi və təkmilləşdirilməsi ilə bağlı vəd olunan inkişaflar haqqında ümidlər aşıladı.
Lakin, təəssüf ki, təmir işlərinin başlanması üçün gözlənilən tarixlər keçmiş olsa da, hələ də hansısa bir fəaliyyətə rast gəlinməyib. Sosial şəbəkələrdə yayılan məlumatların ardınca ortaya çıxan bu boşluq, idman ictimaiyyətində və yerli sakinlər arasında suallar doğurur. Bu əhəmiyyətli layihənin nə üçün həyata keçirilmədiyini anlamaq üçün konkret səbəblər araşdırılmalıdır. Görəsən, bu sualların arxasında hansı səbəblər dayanır və işin icrasını ləngidən əsas amillər nədir?
Sualımızı arenanın direktoru Höccət Hacıyev ünvanladıq. Stadionun rəsmisi Offsideplus.az-a verdiyi açıqlamada, hazırkı vəziyyətlə bağlı hansısa yenilik və ya dəyişiklik olmadığını vurğuladı. Beləliklə, mövcud vəziyyət dəyişmədən qalır.