"Real"ın futbolçusu Federiko Valverde dünyanın ən yaxşı yarımmüdafiəçilərinin adını açıqlayıb.

Offsideplus.az xarici KİV-ə istinadən xəbər verir ki, o, sabiq komanda yoldaşlarının adını çəkib.

"Dünyanın ən yaxşı yarımmüdafiəçiləri Toni Kross, Luka Modriç və Kazemirodur".

Modriç hazırda "Real"da, Kazemiro "Mançester Yunayted"də forma geyinir. Toni Kross isə karyerasını başa vurub.