"Milan"ın futbolçusu Rafael Leaonun növbəti mövsüm neçə nömrəli forma ilə çıxış edəcəyi məlum olub.

 Offsideplus.az xəbər verir ki, portuqaliyalı hücumçu "10" nömrəli formanın yeni sahibi olacaq. Bu barədə klubun "İnstaqram" səhifəsində paylaşım edilib. Daha öncə bu nömrə ilə komandada icarə əsasında çıxış edən və mövsümün sonunda müqavilə ilə məxsus olduğu Madrid "Real"ına qayıdan Brahim Dias çıxış edirdi. 

Qeyd edək ki, Rafael Leao daha öncə "17" nömrəli formanı geyinirdi. 

Fəqan İbrahimli