Mauro İkardinin yaşıl meydanlara dönəcəyi tarix bəlli olub.
Offsideplus.az xəbər verir ki, ölkəsində müalicəsini davam etdirən argentinalı ulduzun icazə müddəti sona çatıb. İkardi çərşənbə günü saat 21:45-də İstanbulda olacaq.
Bu barədə Yağız Sabuncuoğlu məlumat yayıb.
Qeyd edək ki, futbolçu "Qalatasaray"ın "Adana Demirspor"a 5:1 hesabı ilə qalib gəldiyi görüşdə zədələnmişdi.