"Qalatasaray" da daxil olmaqla bir çox klubun təklifini geri çevirən Adrien Rabio "Olimpik"ə (Marsel) keçib.
Offsideplus.az xəbər verir ki, futbolçunun meneceri olan anası komandalardan yüksək pul tələb edirdi. Bu səbəbdən də oyunçunu həmin klublara keçidi baş tutmurdu. Yekunda onları "Marsel"in rəhbəri Mehdi Benatiya razı salmağı bacarıb.
Bu barədə "Le10Sport" məlumat yayıb.
Hər iki tərəfin razılaşma üçün çox cəhd etdiyi və sonda ortaq məxrəcə gələ bildikləri qeyd olunub.