Fatih Terim "Benfika"ya transfer olan Kerem Aktürkoğlu barədə Portuqaliya mətbuatına maraqlı açıqlama verib

Offsideplus.az "Jogo"ya istinadən xəbər ki, təcrübəli mütəxəssis oyunçu haqda bunları söyləyib:

"Kerem Türkiyədə futbolçu olmaq istəyən bir çox gənc üçün çox əhəmiyyətli nümunədir. O, fədakar oyunçudur. Kerem davamlı olaraq qol imkanları yaratmağı bacarır. Onun "Qalatasaray"dakı göstərəcələrinə baxa bilərsiniz. Artıq "Benfika" azarkeşlərinin Keremi alqışladığını eşidirəm".