"Çelsi" ilə razılığa gələ bilməyən futbolçunun "Qalatasaray"ı seçdiyi məlum olub.
Offsideplus.az xəbər verir ki, İstanbul nəhənginə icarə əsasında cəlb olunan Viktor Osimhen daha öncə Premyer Liqa klubuna keçməyə yaxın olsa da, bu, baş tutmayıb. Bu barədə "Fichajes" məlumat yayıb.
Klubla ulduz futbolçu ilə maaş məsələsində ortaq məxrəcə gələ bilməyib. Amma "zadəganlar"ın oyunçunu komandada görməkdə israrlı olduğu qeyd olunub. Növbəti mövsüm futbolçu üçün yenidən "Napoli"yə müraciət edəcəkləri və "sarı-qırmızılar"da çıxışının yaxından izləniləcəyi iddia edilib.