Niderland mətbuatında "Qarabağ" haqda maraqlı yazı dərc olunub. 

Offsideplus.az xəbər verir ki, məqaləni “Voetbal International” nəşri yayıb.

Həmkarlarımız Avropa Liqasında "Ayaks"ın rəqibi olan Azərbaycan çempionunun heyətini dəyərləndiriblər:

"Qarabağ"ın 13 müxtəlif ölkədən futbolçuları var. Bu komanda start heyətində daha çox braziliyalıların xidmətindən istifadə edir, nəinki azərbaycanlıların. Onlar Çempionlar Liqasının təsnifat mərhələsində “Dinamo”ya (3:0, 2:0) uduzsa da, “Qarabağ” müdafiədən hücuma kifayət qədər effektiv keçən komandadır. Kollektivin ən məşhur futbolçusu əlcəzairli Yassin Benzyadır. Uzun və gözəl futbol səyahətindən sonra yarımmüdafiəçi indi Azərbaycan klubunda oynayır. Ötən mövsüm komandanın ölkə çempionatında bombardiri olmuş Juninyonu da vurğulamaq yerinə düşərdi. Sol cinah müdafiəçisi Toral Bayramov da son mövsümdə 15 qol vuraraq təsiredici rolunu göstərib".