"Barselona"nın prezidenti Joan Laporta Ukraynaya dəstək verib.

Offsideplus.az xəbər verir ki, 59 yaşlı ispaniyalı iş adamı  Ukraynadan ölkəsinə gələn əhaliyə klubun yardım edəcəyini bildirib. O, video ilə bu barədə açıqlama verib. 

Bu haqda Kataloniya təmsilçisinin rəsmi saytları məlumat yayıb.

"Barselona" prezidenti olaraq, klubun adından ukraynalılara kömək etmək istəyirəm. Kiyevə səfər edəndə orada bizə necə dəstək olduqlarını gördüm. Ukraynada rəsmi fan klubumuzun çoxlu üzvü var. O şəxslər komandamızın dəyərlərini təmsil edirlər. "Barselona"nın tarixini daha da genişləndirməyə kömək edən çoxlu ukraynalı idmançılar da var. Ukraynalılar, "Barselona" sizinlədir. Müharibə dayansın".