Şakira Jerar Pike ilə ayrılığının detallarını açıqlayıb.
Offsideplus.az "People" nəşrinə istinadən xəbər verir ki, kolumbiyalı müğənni sabiq futbolçunun xəyanətini mətbuatdan öyrənib. Həmin dönəmdə Şakiranın atası reanimasiyada olub.
"Mətbuatdan öyrəndim ki, Pike məni aldadıb. Həmin vaxt atam reanimasiyada idi. Həyatımda hər şeydən çox sevdiyim insan - atam - ona çox ehtiyacım olduğu anda məni tərk edirdi. Onunla danışa, lazım olan məsləhəti ala bilmədim".
Qeyd edək ki, cütlük 2022-ci ildə ayrılıb. Pike Klara Çia Marti adlı modellə 11 illik münasibəti olduğu Şakiraya xəyanət etmişdi.