Jerar Pikenin xəyanəti ilə 11 illik münasibətlərinə son qoyulan Şakira yaşanan olaylardan sonra evində şənlik təşkil edib.

Offsideplus.az xəbər verir ki, bir müddət öncə Pikeyə "diss" atdığı mahnını təqdim edən kolumbiyalı müğənni partiyə "Barselona"nın keçmiş futbolçusunu da dəvət edib.  Hollandiyalı əfsanə Patrik Kluvert qonaqlar arasında olub. Futbolçunun həyat yoldaşı Rossana Şakiranın ən yaxın dostlarından biridir. 

Şənlikdə Şakira və dostlarının yüksək səslə Pike ilə bağlı mahnıya qulaq asıb, oxuduqları bildirilir.