Jerar Pikenin xəyanəti ilə 11 illik münasibətlərinə son qoyulan Şakira yeni mahnısının klipini yayımlayıb.
Offsideplus.az xəbər verir ki, 45 yaşlı müğənninin klip və mahnının sözlərini keçmiş sevgilisinə ünvanladığı bildirilir. Ozuna ilə işbirliyi edən Şakira "Monotonia" adlı mahnısında göz yaşı töküb, ürəyini hədəf alan şəxsin isə Pikeyə bənzəməsi diqqət çəkib. Mahnının sözlərində "bu əlvida gərəklidir, "narsist", "Yeni İl kimi soyuq", "Əvvəllər inanılmaz olan hər şey rutin halına gəldi", kimi ifadələr yer alıb.
Bundan əlavə, Jerar Pike formasında Şakiranın adını daşıya bilər. Belə ki, "Spotify"la iş birliyi edən "Barselona" komandanın növbəti oyununda Shakiranın adını formalara yazdıra bilər.
Kataloniya təmsilçisi daha öncə "El-Klasiko"ya müğənni Dreykin adının yazıldığı formalarla çıxmışdı.
Qeyd edək ki, Pike və Şakira futbolçunun xəyanəti səbəbindən iyunun 4-də ayrılıblar.