Argentina və dünya futbolunun əsas oyunçularından olan Qonzalo İquayn haqqında təəccübləndirən iddia irəli sürülüb.
Offsideplus.az xəbər verir ki, futbolçunun keçmiş sevgilisi Manuela Ferrera ayrılıq səbəblərindən danışarkən onun qadınalara olan xüsusi bağlılığından bəhs edib.
Tanınmış model İtaliyanın futbol verilişlərindən "Tiki-Taka"da qonaq olub. İquaynlə bir neçə ay sevgili olan Manuela "Nişanlanmadıq, çünki başqa bir sevgilisi də vardı. O əxlaqsız qadın idi. İquaynın yüngül həyat tərzi keçirən qadınlara bağlılığı vardı. Davamlı onlarla vaxt keçirmək istəyirdi" ifadəsini işlədib.