"Qəbələ"nin hücumçusu Ülvi İsgəndərovun Offsideplus.az-a müsahibəsi...

– "Qəbələ"dəki hazırkı durumundan razısan?

– Əlbəttə, hər şey yolunda gedir. Ən önəmlisi komanda daxilində mehribançılıq var.

– Mövsümün sonu sözləşmən bitir. Yeni müqavilə bağlamağı düşünürsən, yoxsa klubdan ayrılacaqsan?

– Hələ ki, bu haqda düşünmürəm. Bütün fikrimi öz çıxışıma və komandaya yönəltmişəm.

– Sənin fikrincə, bu çıxışınla milliyə dəvət almalısan?

– Öz üzərimdə daim işləyirəm ki, daha da yaxşı səviyyəyə çatım. Millidə çıxış etmək hər futbolçunun arzusudur.

– Xarici klublardan transfer təklifi alırsan?

– Bəli. 2-3 xarici menecer mənlə əlaqə saxlayıb.

– Komandada ən yaxın dostun kimdir?

– Komandada hamımız bir ailə kimiyik. Amma sırf ad çəkiləsi olsa, Ehtiram Şahverdiyevi deyərəm.

Cavid Əliyev