Latviya çempionatında 6-cı turun oyunları baş tutub.

Offsideplus.az xəbər verir ki, azərbaycanlı futbolçu Asim Əlizadənin çıxış etdiyi “Dauqavpils” evdə "Spartaks"la üz-üzə gəlib. Görüş həmyerlimizin komandasının qələbəsi ilə başa çatıb - 2:0.

Asim bu görüşdə 81 dəqiqə meydanda olub.