"Fənərbağça"nın PSJ-də çıxış edən  Marko Asensio ilə anlaşdığı iddia edilib.

Offsideplus.az xəbər verir ki, Asensio sosial media hesabında bu iddiaya təəccüblü cavab verib.

İspan ulduzun yazdığı mesaj sosial mediada yayılıb. Marko Asensio "X" platformasında bu iddiaya “Mənim niyə bundan xəbərim yoxdur? Aranı necə də qarışdırmısan”, deyə cavab verərək şayiələri təkzib edib.